Səfa Mirzəyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

11 May 2022 16:04

Prezident İlham Əliyev Səfa Abbas oğlu Mirzəyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Səfa Abbas oğlu Mirzəyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Milli.Az