Azyaşlı övladı ilə tualetdə yaşayan ana nəzarətə götürüldü - VİDEO

11 May 2022 20:12

Sosial şəbəkələrdə bir qadının azyaşlı körpəsilə Xırdalan şəhərindəki "Riyad" Ticarət Mərkəzinin tualetində yaşaması ilə bağlı videogörüntü yayılıb.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, videodan anlaşılır ki, kimliyi və hansı səbəbdən küçədə olduğu bəlli olmayan qadın sözügedən ünvanda azyaşlı övladı ilə acınacaqlı durumda yaşayır.

Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Bizim.Media-ya açıqlamasında məsələdən xəbərdar olduqlarını deyib:

"Əməkdaşlarımızı həmin əraziyə baxış keçirmələri üçün göndərmişik. Məsələ nəzarətimiz və diqqətimizdədir. Hər hansı görüləcək tədbirlə bağlı ictimaiyyəti məlumatlandıracağıq", - deyə nazirlik rəsmisi qeyd edib.

Həmin görüntüləri təqdim edir, çarəsiz anaya əl tutulacağına ümid edirik:

Milli.Az