Xalq artistinin məşhur teatrdakı tamaşaları ləğv olundu

11 May 2022 18:36

Xalq artisti Yusif Eyvazovun Nyu-Yorkda, "Metropoliten-opera" musiqili teatrında baş tutmalı olan silsilə çıxışları ləğv olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə opera müğənnisi feysbuk hesabında yazıb.

"Təəssüf ki, səhhətimlə əlaqədar, mayın 16, 20, 24, 27-də baş tutmalı olan "Bohema" tamaşalarını ləğv etməliyəm. Hamınıza cansağlığı arzulayıram" deyə, o, bildirib.

Milli.Az