Ana olmağa hazırlaşan məşhur müğənni Britni Spirs yeni paylaşımı ilə diqqət çəkib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Türkiyədə uşaq bağçasında ananın oğluna etdiyi doğum günü sürprizi etdiyi görüntüləri paylaşan ifaçı duyğulanıb.
"Bu video məni ağlatdı. Balaca uşağın anasının əlləri ilə nə etdiyinə baxın! Əsl kiçik centlmen demək istəyirəm!" deyə, Britni yazıb.
Qeyd edək ki, sözügedən videoda ana əlində tortla otağa daxil olur. Bunu görən uşaq sevinir, anasını qucaqlayır və əllərini dəfələrlə öpür.
Milli.Az