Röyanın 4 minlik geyimi müzakirələrə səbəb oldu - FOTO

11 May 2022 18:00

Xalq artisti Röya Ayxan geyimi ilə gündəmə gəlib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, ötən gün təmtəraqlı məclislərdən birinə qatılan sənətçi bahalı, qlamur və dəbli geyimi ilə bütün diqqətləri üzərinə toplayaraq müzakirələrə səbəb olub.

İfaçının açıq rəngli libası məşhur "Dolce&Gabbana" brendinə aiddir. Xalq artistinin topunun qiyməti 1862 dollar (təxminən 3165 AZN), ətəyinin qiyməti isə 708 dollardır (təxminən 1203 AZN).

Röya Ayxanın üzərindəki dəbli geyimin ümumi dəyəri 2570 dollar (təxminən 4368 AZN) təşkil edib.

Milli.Az