Toyda işıqlar söndü: Bacılar başqası ilə evləndilər

11 May 2022 18:12

Hindistanın Madhya Pradeş ştatında qəribə hadisə yaşanıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, iki bacının birgə toy mərasimi zamanı işıqlar sönüb.

Bundan sonra məmur mərasimi dayandırmayıb və davam etdirib. Amma qaranlıqda bacıları qarışdıran nikah məmuru gəlinləri bir-birinin bəyləri ilə evləndirib.

Hadisə işıqlar yanandan sonra ortaya çıxıb.

Gəlinlərin atası isə hər iki qızının qırmızı paltar geyinməsinin məmurda çaşqınlıq yaratdığını bildirib.

Milli.Az