Rusiyanın daha bir hiyləgər planı açıqlandı

11 May 2022 17:48

"Ukraynada müharibə yaxın aylarda "daha gözlənilməz hal alacaq və gərginləşəcək". 

Bütün bunlar ona görədir ki, Rusiya Silahlı Qüvvələrinin hazırkı potensialı Rusiya rəhbərinin ambisiyaları ilə üst-üstə düşmür".

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Avril Hayns Konqresə məruzəsində bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyət prezident Vladimir Putinin hərbi əməliyyatların gücləndirilməsi də daxil olmaqla daha sərt tədbirlər görəcəyi ehtimalını artıra bilər:

"Putin Rusiyanın mövcudluğuna təhlükə olduğunu hiss etməsə, nüvə silahından istifadə etməyəcək. Onun məqsədləri Donbassdan çox-çox kənara çıxır. Ruslar Donbasda uğur qazansalar belə, bununla kifayətlənəcəklərinə əmin deyilik".

Hayns xüsusi olaraq vurğulayıb ki, Putin Donetsk və Luqansk vilayətlərini tutmaq, Xersona nəzarəti ələ keçirmək və potensial olaraq tanınmamış Dnestryanıya quru yolunu genişləndirmək istəyir: 

"Bununla belə, kəşfiyyat hesab edir ki, Dnestryanıya çatmaq üçün Rusiya rəhbəri Rusiya daxilində tam səfərbərlik aparmalı olacaq, hələ ki, bu barədə susqunluqdu. Həm Rusiya, həm də Ukrayna hərbi sahədə irəliləyişə davam edə biləcəklərinə inandıqlarına görə, ən azı qısamüddətli perspektivdə əlverişli danışıqların olacağını görmürük".

Milli.Az