“Mançester Yunayted”in yeni baş məşqçisi onu istəyir

11 May 2022 17:54

"Mançester Yunayted"in yayda transfer edə biləcəyi daha bir futbolçu bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İngiltərə klubu Borna Sosanı heyətinə qata bilər.

Almaniya "Ştutqart"ında çıxış edən müdafiəçinin transferini komandanın gələcək baş məşqçisi Erik Ten Haq istəyib. Yayda Mançester klubunun sükanı arxasına keçəcək mütəxəssis xorvat müdafiəçini komandasında görək istəyir.

Qeyd edək ki, Bornanın transfer qiyməti 25 milyon avrodur.

Milli.Az