Tanınmış arif məclisdə qeybət olmasın deyə bu zikri oxuyardı

16 May 2022 23:40

Mərhum Dulabi deyilənlərə görə hər məclisə girəndə "Bismillahir-Rəhmanir-Rəhim"lə başlayardı və daha sonra dərhal salavat zikr edərdi.

İslaminSesi - Qeybət həsəd, paxıllıq, kin-küdurət, ədavət və sair amillərdən irəli gələn bir günahdır. Buna adi insanlar daha çox düçar olar.

İbadət əhli də ondan amanda qalmaz. Qeybət etməmək üçün birinci növbədə insan öz nəfsilə paxıllıq, kin kudürət və ədavət zəminində mübarizə aparmalıdır.

Amma qeybət məqamı gəldikdə isə ona qarşı da addımlar atmalı, bəzən də qeybət etdiyi insana yaxınlaşıb onu sevdiyini də dilə gətirməli və bu yolla nəfsini əzməlidir.

Mərhum Dulabi deyilənlərə görə hər məclisə girəndə "Bismillahir-Rəhmanir-Rəhim"lə başlayardı və daha sonra dərhal salavat zikr edərdi.

Bismillahdan sonra deyilən salavat zikrinin səbəbini ondan soruşanda o həmişə deyərdi:

"İmam Əlidən hədis nəql olunub ki, bir məclisdə qeybətin edilməsinin qarşısını almaq istəyirsinizsə Bismillahdan sonra salavat zikr edin. Çünki bu zaman Allah bir mələyi göndərər ki, o məclisi qeybətdən və qeybət edənlərdən qorusun"

Qeyd etmək lazımdir ki, burada ixlasın Allahla bəndəsi arasında səmimiyyətin olmayacağı təqdirdə bu zikrlər də fayda verməyəcəkdir.

Milli.Az