Bakıda yağışlı hava nə qədər davam edəcək? - AÇIQLAMA

11 May 2022 11:37

Bu gün Bakıda günün ikinci yarısı yağıntısız keçəcək.

Bunu Milli.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında günün ikinci yarısı hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin yağıntısız keçəcəyi gözlənilir.

"Cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq", - deyə G.Məmmədova bildirib.

Xatırladaq ki, mayın 13-dən etibarən ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi gözlənilir.

Milli.Az