Rusiya Rövşən Əsgərovu axtarışa verib

11 May 2022 11:48

Rusiya Daxili İşlər Nazirliyi "Nə? Harada? Nə vaxt?" intellektual oyununun azərbaycanlı iştirakçısı Rövşən Əsgərovu cinayət işi ilə bağlı axtarışa verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə nazirliyin məlumat bazasında deyilir.

Xatırladaq ki, Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi aprelin 27-də R.Əsgərov barəsində nasizmin reabilitasiyası maddəsi ilə cinayət işi açıb.

Məlumatda qeyd olunurdu ki,R.Əsgərov öz "Facebook" səhifəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar yayıb.

Milli.Az