"Nə qədər vaxtımın qaldığını heç kim bilmir"

11 May 2022 14:18

2016-cı ildən bəri bağırsaq xərçəngi ilə mübarizə aparan tanınmış yazar, jurnalist Debora Ceymsin son paylaşımı izləyicilərini kədərləndirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, yazar müalicənin artıq xeyrinin olmadığını bildirərək, pərəstişkarları ilə vidalaşıb:

"Heç yazmaq istəmədiyim mesaj. Biz hər şeyi sınadıq, amma bədənim sadəcə reaksiya vermir. Artıq müalicəni evdə davam etdiriəm. Nə qədər vaxtımın qaldığını heç kim bilmir. Yeriyə bilmirəm, günlərin çoxunu yatıram və adi bir şey kimi qəbul etdiyim dərmanlar çoxu işə yaramır. Dünyadakı bütün innovativ xərçəng dərmanları və yeni kəşflərə rəğmən bədənim bundan artıq davam edə bilməz.

5 ildən artıqdır ki, bunun mənim son Milad bayramı olacağını düşündüyüm, 40 yaşımı necə görməyəcəyim və uşaqlarımın orta məktəbə getdiyini görməyəcəyim haqqında yazırdım. Vidalaşacağımı yazmağı heç düşünməmişdim. Düşünürəm ki, bu, mənim içimdəki üsyankar ümid idi. 

İndi mənim üçün hər şey hər gün günəşin doğuşuna görməyə minnətdar olmaqla bağlıdır".

Qeyd edək ki, Deboranın "The Sunday Times", "The Sun", "Daily Mail", "The Times", "Grazia, "Women's Health" kimi məşhur nəşrlərdə yazıları dərc olunub. O, son kitabını məhz xərçənglə mübarizəyə həsr edib.

Milli.Az