Rusiyaya Ukrayna və Donbassdan 1,2 milyondan çox qaçqın gəlib

11 May 2022 11:33

Milli.Az xəbər verir ki, TASS-a hüquq-mühafizə orqanlarındakı mənbənin dediyinə görə, Rusiya Ukraynadan olan 1,2 milyondan çox qaçqını qəbul edib.

"Rusiya ilə sərhədi 1,2 milyondan çox insan keçib, onlardan 211 mini uşaqdır. Onların əksəriyyəti "DNR" və "LNR" vətəndaşları, həmçinin ruslardır", - agentliyin həmsöhbəti bildirib.

Rusiya Federasiyasının 53 regionunda 523 müvəqqəti yaşayış mərkəzində 34 mindən çox insan, o cümlədən 11 mini uşaq yerləşdirilib.

Rusiya Federasiyası ərazisində məcburi köçkünlər adambaşına 10 min rubl məbləğində maddi yardım almağa davam edirlər. Ümumilikdə, artıq 1 milyard 846 milyon rubl ödənilib. Ukrayna ərazisində pensiyaçılar və dövlət qulluqçularına 107 milyon rubldan çox pul ödənilib. Həmçinin Rusiya Fövqəladə Hallar Nazirliyi Donbas və Ukraynaya təxminən 16 min ton humanitar yardım çatdırıb.

Aslan Məmmədov
Milli.Az