“Əl-Cəzirə”nin müxbiri öldürüldü

11 May 2022 11:03

"Əl-Cəzirə" telekanalının müxbiri Şirin Abu Akle İordan çayının Qərb sahilində qətlə yetirilib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı telekanal yayıb.

Jurnalist başından güllə yarası alıb, nəticədə dünyasını dəyişib.

Telekanal müxbirin İsrail hərbi qulluqçuları tərəfindən atəşə tutulduğunu iddia edib.

Bildirilir ki, hadisə nəticəsində daha bir jurnalist - Ali as-Samudi də yaralanıb. Onun vəziyyəti sabit olaraq qiymətləndirilir.

Milli.Az