Azərbaycanda dəhşətli avtobus qəzası - xeyli sayda yaralı var

11 May 2022 10:51

Sumqayıtda "Hyundai" markalı mikroavtobus aşıb, xəsarət alanlar var.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Sumqayıt Texnologiyalar Parkının qarşısından keçən avtomobil yolunda qeydə alınıb. Şirkətə məxsus mikroavtobusun sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarina aşırıb. Qəza nəticəsində 7 nəfər xəsarət alıb. Onlara xəstəxanada tibbi yardım göstərildikdən sonra ambulator nəzarətə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az