Bakıda QORXULU ANLAR - Uşağı ölümdən son anda xilas etdilər - VİDEO

11 May 2022 10:19

Bakıda təhlükəsizlik kamerasına düşdüyü deyilən bu görüntülər görənləri həyəcanlandırır.

Milli.Az xəbər verir ki, paytaxtda bir yaşayış məntəqəsində yerləşən mağaza qarşısında nəzarətsiz qalan azyaşlı uşağın qəfil avtomobil yoluna qaçması qorxulu mənzərəyə səbəb olub.

Lakin sürücünün ayıq-sayıqlığı və mağazanın qarşısındakı şəxsin çevikliyi nəticəsində azyaşlı oğlan uşağı yüksək sürətlə hərəkət edən avtomobilin altında qalmaqdan xilas edilib.

Bu da sözügedən kadrlar:

Məhəmməd Vaqif
Milli.Az