Aşiq olduğu məhkumu qaçırdı - Qadın nəzarətçidən ŞOK ƏMƏL - FOTOlar

11 May 2022 13:24

ABŞ-ın Alabama ştatında qadın nəzarətçi Vikki Uayt məhkum Kasey Uayteni həbsxanadan qaçırıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, 38 yaşlı qadın nəzarətçi məhkumu tibbi yoxlanışa aparmaq bəhanəsi ilə həbsxanadan çıxarıb. Lakin geri qayıtmayıb. Onların sevgili olduğu güman edilir. Polisin axtarışlarından sonra onların yeri müəyyən edilib. Təqib zamanı onların avtomobili qəza törədib. Bu zaman isə qadın nəzarətçi odlu silahla intihar edib. Məhkum isə yenidən həbs edilib.

Milli.Az