Xoruz qanı ilə vanna qəbul edən milyarder şamanın evində öldü - Qurbağa zəhəri ilə...

11 May 2022 12:36

Rusiyanın "Lukoil" şirkətinin keçmiş rəhbəri iş adamı Aleksandr Subbotin müalicə məqsədi ilə getdiyi şamanın evində həyatını itirib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Tass məlumat yayıb. Milyarder iş adamı şamanın evində infarkt keçirib. Məlumata görə, iş adamı müalicə məqsədi ilə tərkibində qurbağa zəhəri olan stimullaşdırıcı maddə alıb və xoruz qanı vanna qəbul edib. Qeyd edək ki, son bir neçə ay ərazində 7 rusiyalı iş adamı müəmmalı şəkildə ölüb.

Milli.Az