Bill Qeyts koronavirusa yoluxub

11 May 2022 09:57

"Microsoft" şirkətinin qurucusu Bill Qeyts koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə B.Qeyts özünün "Twitter" səhifəsində yazıb.

"COVID-19 üçün götürülən testin nəticəsi müsbət çıxdı. Xəstəliyin simptomları yüngüldür və mütəxəssislərin məsləhəti ilə sağalana qədər özümü təcrid etmişəm", - deyə B.Qeyts bildirib.

Onun sözlərinə görə, o, koronavirusa qarşı tam peyvənd olunub.

Milli.Az