Finlandiya və İsveç gələn həftə NATO-ya üzvlük üçün ərizə təqdim edəcəklər

11 May 2022 12:00

Finlandiya və İsveç NATO-nun üzvü olmaq üçün müraciət etməyi planlaşdırırlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Helsingin Sanomat" qəzeti məlumat yayıb.

"Ərizələrin eyni vaxtda mənzil qərargaha çatdırılması ideal olar", - deyə qəzetin məqaləsində qeyd edilir.

Daha əvvəl İsveçin müdafiə naziri Peter Hultqvist bildirmişdi ki, Finlandiya ilə birlikdə NATO-ya üzv olmaq bütün Şimali Avropanın və xüsusilə İsveçin müdafiəsini gücləndirəcək.

Milli.Az