“Hər kəs həddini bilsin”

11 May 2022 11:42

Müğənni İrem Derici və ona xəyanət etdiyi iddia olunan keçmiş sevgilisi Cem Belevi arasındakı qalmaqal səngimək bilmir.

Milli.Az olay-a istinadən xəbər verir ki, son olaraq Cem İremin ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirib.

O Dericinin son paylaşımından danışıb:

"Mən bu işə indi başlamışam? Bu  mükafatalrı yeni alıram? Hər kəs həddini bilsin məzlum ədəbiyyatına keçməsin".

Qeyd edək ki, Cemin İremə azərbaycanlı model Nərgis Nəsurullayeva ilə xəyanət etdiyi söyləyinilirdi. Belevi bu xəbərləri qətiyyətlə yalanlasa da, İrem onun sə yazılarının olduğunu, hər şeyi açıqlayacağını bildirib. Bundan başqa, İrem Cemin "Ondan yay sonuna qədər canımı qurtararam. Bu konsertlərim bitsin" sözlərini səsləndirdiyini deyib.

Milli.Az