“Adımın banisi Niyaməddin Musayevdir” - VİDEO

11 May 2022 16:00

Xalq artisti Röya Ayxan və Niyaməddin Musayev açılışıların birində bir araya gəliblər.

Milli.Az olay-a istinadən xəbər verir ki, məclisdə çıxış edən Röya həmkarı ilə bağlı maraqlı açıqlama verib.

Sənətçi N. Musayevin adının banisi olduğunu söyləyib:

"Mənim adımın banisi Niyaməddin Musayevdir. Anam o vaxt Niyaməddin müəllimi çox sevib. Məni 17 yaşında dünyaya gətirəndə adımı "Röya" kimi yazdırmaq istəyib. Deyiblər ki, sənə gülərlər, adam uşağına ansambl adı qoyar? Heç olmasa "lə" şəkilçisi artır. Sənədlərdə o şəkilçi var. Mən isə hər zaman Röya olmuşam".

Milli.Az