"Liverpul" rekordunu təkrarlayıb

11 May 2022 11:24

"Liverpul" İngiltərə Premyer Liqasında "Mançester Siti"nin rekordunu təkrarlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Yurgen Kloppun baş məşqçi olduğu komanda buna "Aston Villa"ya 2:1 hesabı ilə qalib gəldikləri XXXIII turdan təxirə salınmış oyunda nail olub.

Mersisayd təmsilçisinin heyətində qələbə qolunu 65-ci dəqiqədə Sadio Mane vurub. Beləliklə, "Liverpul"da bir mövsümdə 3 futbolçu 15 və daha artıq qola imza atıb. Dioqu Jota və Mane 15, Məhəmməd Salah 22 dəfə fərqlənib.

Daha əvvəl buna 2013/2014 mövsümündə "Mançester Siti" müvəffəq olub. Həmin vaxt "şəhərlilər"də Yaya Ture, Serxio Aquero və Edin Ceko 15 və daha çox qolla yadda qalıb.

Qeyd edək ki, "Liverpul" 36 oyundan sonra 86 xalla ikinci pillədə qərarlaşıb. Rəqibindən bir oyun az keçirən lider "Mançester Siti"nin də eyni xalı var.

Milli.Az