"Avroviziya 2021" zamanı sevgi münasibəti yaşayan müğənni Samirə Əfəndi ilə Norveç təmsilçisi "TİX" (Andreas Haukeland) müsabiqədən sonra ilk dəfə İtaliyada bir araya gəlib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı həmin anları instaqram hesabında paylaşıb. Görüntülərdə onların əl-ələ tutaraq Turində gəzdiyi əks olunub.
Qeyd edək ki, cütlük ötən il yarış başa çatandan sonra bəzi səbəblərə görə görüşə bilməmişdi.
Milli.Az