Fərhad Əhmədovun 400 milyonluq yaxtasına həbs qoyuldu

11 May 2022 10:42

Almaniyanın Hamburq limanında Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədova məxsus dəyəri 400 milyon avro olan "Luna" yaxtasınına həbs qoyulub. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Məlumatda əks olunub ki, oliqarx dəbdəbəli yaxtaya Lixtenşteyn tresti vasitəsilə sahibdir. 

Qeyd edək ki, fevralın 24-dən Rusiyanın Ukraynada başlatdığı müharibə fonunda ABŞ, Aİ, Böyük Britaniya və bir sıra digər dövlətlər rusiyalı fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edir.

Milli.Az