Fillər 60 nəfəri öldürdülər

11 May 2022 10:36

Cənubi Afrika ölkəsi Zimbabvedə ilin əvvəlindən bu günə kimi 60 nəfərin fillərin hücumu nəticəsində həyatını itirib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Zimbabve hökumətinin sözçüsü Nik Manqvana bildirib. O, qeyd edib ki, ilin əvvəlindən ölkədə daha 50 nəfər fillərin hücumları nəticəsində yaralanıb.

O, xatırladıb ki, keçən il fillərin hücumu nəticəsində 72 nəfər həyatını itirib.

Regionda fillərin izdihamlı sürülər halında hərəkət edərək yerli əhalinin tarlalarını qarət etdiyini vurğulayan Manqvana, bu vəziyyətin sakinləri fillərlə mübarizə aparmağa məcbur etdiyini vurğulayıb.

Brukinq İnstitutunun (ABŞ) 2021-ci ilə dair məlumatına görə, görə, Zimbabvedə təxminən 84 000 fil var.

Milli.Az