Həkimlər xəstələrinin yanına uçaraq gedə biləcəklər - VİDEO

11 May 2022 15:48

Böyük Britaniyada tibb işçiləri artıq xəstələrin yanına uçaraq gedə biləcəklər. Bunun üçün onlara xüsusi raketli kostyum hazırlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kostyumun sınağının uğurlu olduğu vurğulanıb. Yeni layihə səhiyyə işçilərinə xüsusən ucqar məntəqələrdə yaşayan xəstələrin yanına qısa müddət ərzində çatmağa imkan verəcək.

Bunun üçün tibb işçilərinə xüsusi uçuş təlimi keçiləcək.

Milli.Az