ABŞ-da ilk dəfə...

11 May 2022 09:48

ABŞ-da ilk dəfə afro-amerikalı qadın Federal Ehtiyat Sistemində (FED) vəzifəyə təsdiqlənib.

ABŞ Senatı iqtisadçı Liza Kukun Federal Ehtiyat Sisteminin İdarə Heyətinə fəaliyyətini təsdiqləyib. O, FED-in 108 illik tarixində buna nail olan ilk afroamerikalı qadın olub.

Liza Kukun təsdiqi 51 nəfərin 50 səsə qarşı cüzi səs çoxluğu ilə reallaşıb, vitse-prezident Kamala Harris isə həlledici səs verib.

Hazırda FED-in rəhbəri vəzifəsini Cerom Pauell icra edir. Onun səlahiyyət müddəti fevralda başa çatıb və mart ayında Senatın Bank Komitəsi tərəfindən yekdilliklə səsvermə ilə növbəti dəfə bu vəzifəyə təsdiqlənib.

Milli.Az