Əllidən çox ölkədə COVID-ə yoluxma artır

11 May 2022 09:42

Dünyanın 50-dən çox ölkəsində koronavirusa yoluxma hallarının sayı artır və bu artım "omikron" ştammının alt növlərindən qaynaqlanır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

"50-dən çox ölkədə yoluxma hallarının artması bu virusun gözlənilməzliyindən xəbər verir", - deyə ÜST rəhbəri bəyan edib.

O, vurğulayıb ki, qlobal miqyasda dominant "omikron" variantının BA.2 alt növüdür. Eyni zamanda, yoluxmanın artmasında BA.4 və BA.5 alt növlərinin də rolu var.

Milli.Az