Tanınmış aktyor səkkizinci uşağının cinsini açıqladı

11 May 2022 10:18

Alek Bolduin və həyat yoldaşı Hilaria bu payızda qız övladı gözlədiklərini açıqlayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu, onların yeddinci, Bolduinin isə səkkizinci övladı olacaq. Belə ki, 63 yaşlı Alekin Kim Beysinqerlə nikahdan 26 yaşlı qızı var.

Qeyd edək ki, cütlüyün yeni doğulacaq körpəyə hansı adı verəcəyi hələlik məlum deyil.

Milli.Az