Mask Trampın “Twitter” hesabını qaytaracaq

11 May 2022 09:54

Amerikalı iş adamı İlon Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampın "Twitter" hesabını özünə qaytaracaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "daimi qadağalar son dərəcədə nadir hallarda tətbiq olunmalı və botların, fırıldaqçıların və spamerlərin hesablarına şamil edilməlidir. Düşünürəm ki, Donald Trampı bloklamaq düzgün deyildi", - Mask bildirib.

Trampın özünə gəlincə isə o, bir müddət əvvəl sosial şəbəkəyə qayıtmağı planlaşdırmadığını qeyd edib.

Milli.Az