NATO-nun Baş katibi koronavirusa yoluxdu

10 May 2022 23:56

NATO-nun Baş katibi Yens Stoltenberq koronavirusa yoluxub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda NATO-nun sözçüsü Oana Lunqesku məlumat yayıb.

O bildirib ki, Baş katib xəstəliyi yüngül  keçirir.

Qeyd olunub ki, Stoltenberq NATO-nun qərargahının yerləşdiyi Belçikada qaydalara uyğun olaraq işini evdən davam etdirəcək.

Yens Stoltenberqin mayın 14-15-də Almaniyanın paytaxtı Berlində keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısına sədrlik etməsi planlaşdırılırdı. Onun Berlinə gedib-getməyəcəyi açıqlanmayıb.

Milli.Az