Azərbaycan - Gürcüstan sərhədində sıxlıq

10 May 2022 22:03

Ukrayna-Rusiya arasında gedən müharibə səbəbindən Gürcüstandan Azərbaycana yükdaşımalarının sayı kəskin artıb.

Yük maşınlarının gözlənilmədən artması isə sərhəd keçid məntəqəsində böyük növbələrin yaranmasına səbəb olub.

Maşınların sayının kəskin artması nəticəsində ərazidəki TIR parkları tamamilə dolduğundan sürücülər günlərdir növbədə gözləyir.

Milli.Az