Almaniyanın Ukraynadakı səfirliyi işini bərpa edir

10 May 2022 20:36

Almaniyanın Ukraynadakı səfirliyi bu gündən Kiyevdə işini bərpa edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Almaniya xarici işlər naziri Annalena Berbok deyib.

Onun sözlərinə görə, səfirlik hələlik minimum sayda diplomatla işə başlayacaq və məhdud rejimdə fəaliyyət göstərəcək.

Qeyd edək ki, Almaniyanın Kiyevdəki səfirliyi fevral ayında işini dayandırmışdı.

Milli.Az