"Azovstal" atəşə tutuldu: yaralılar var, müdafiəçilərin xəstəxana ilə əlaqəsi kəsilib

10 May 2022 14:42

Rusiyanın Mariupoldakı "Azovstal" zavodunu atəşə tutması nəticəsində yaralılar var, lakin hazırda müdafiəçilərin xəstəxana ilə əlaqəsi kəsilib.

Milli.Az bildirir ki, bu haqda "Kalina" kimi tanınan "Azov" alayının komandirinin müavini, kapitan Svyatoslav Palamar "Ukrainska Pravda"ya deyib.

"Bütün gecə ərzində atəşə tutulmuşuq, həm də aviasiya tərəfindən. Yaralılar var. Xəstəxananın üzərində aviasiya işləyir, onlarla əlaqəmiz belə yoxdur. Onların hamısını hara təxliyə edəcəyimizi belə bilmirik", - o deyib.

Aslan Məmmədov
Milli.Az