Ötən həftə 344 hektar ərazi minalardan təmizlənib

10 May 2022 20:12

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Milli.Az-a verilən məlumata görə, mayın 2-dən 7-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 97, tank əleyhinə 35 mina və 86 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 344 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Milli.Az