Çempionların səhnəsində o yer alacaq

10 May 2022 20:24

Çempionlar liqasında çıxış edəcək müğənninin adı bəlli olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, UEFA-nın səhnəsində bu dəfə Kamilla Kabello yer alacaq.

Qeyd edək ki, Kamilla 2012-ci ildə "X factor" yarışmasında önə çıxıb. "Senorita", "Bam-bam", "Havan" adlı hitləri ilə də daha da məşhurlaşıb.

Sənətçi müğənni Şon Mendeslə olan sevgi münasibətilə də maqazin gündəmindən düşməyib.

Milli.Az