Məşhur qrup Kiyev metrosunda konsert verdi

10 May 2022 18:12

Məşhur rok qrupu U2-nun üzvləri Bono və De Edc Ukraynaya dəstək olmaq üçün Kiyev metrosunda konsert verib.

Milli.Az olay-a istinadən xəbər verir ki, ukraynalılar isə sənətçilərə təşəkkür etmək üçün metrostansiyaya toplanıb.

Bildirilir ki, qrup Ukrayna Prezidenti Volodomir Zelenskinin istəyilə konsert verib. Bu barədə onlar sosial media hesablarında məlumat verib.

"Prezident Zelenski bizi Ukaryna xalqına birlik mesajı vermək üçün Kiyevdə konsert verməyə dəvət etdi, biz də gəldik", - deyə, qrupun rəsmi səhifəsindən bildirilib.

Milli.Az