Lend-Liz çərçivəsində Ukraynaya hansı silahlar göndəriləcək? - SİYAHI

10 May 2022 20:00

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden mayın 9-da Lend-Liz haqqında qanunu imzalayıb.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, tam adı "Ukraynada demokratiya üçün Lend-Liz 2022" olan bu proqram çərçivəsində ABŞ Prezidenti konqresin təsdiqini almadan və heç bir bürokratik əngəllə qarşılaşmadan Ukraynaya birbaşa hərbi və humanitar yardımlar göndərmək səlahiyyətini əldə edəcək.

Bəs, ümumiyyətlə, Lend-Liz nədir?

Lend-Liz hərfi mənada borc və kirayə vermək sözlərinin birləşəməsindən yaranıb. İlk dəfə 1941-ci ildə ABŞ-ın o dönəm prezidenti olan Franklin Ruzvelt tərəfindən nasist Almaniyasına qarşı SSRİ, Böyük Britaniya və onun müttəfiqlərinə yardım məqsədilə Lend-Liz aktı imzalanıb.

Bayden tərəfindən imzalanan Lend-Liz isə tarixdə ikinci belə haldır. Bu dəfəki Lend-Liz isə Rusiyaya qarşı Ukraynaya dəstək məqsədi daşıyır.

Xatırladaq ki, "Ukraynada demokratiya üçün Lend-Liz 2022" layihəsi aprelin 29-da ABŞ senatı tərəfindən böyük səs çoxluğu ilə qəbul olunub.

"Lend-Liz" qanunu qüvvəyə mindikdən sonra, yəni indi Ukrayna ABŞ-dan 33 mlrd. dollarlıq hərbi və humanitar yardım ala bilər. Bu yardım paketinin 20 milyard dollarlıq hissəsinə isə aşağıdakı hərbi texnika və aviasiya vasitələri, HHM sistemləri daxildir:

- 3-cü nəsil "M1A2 Abrams" tankları;

- "M2A3 Bradley" piyadaların döyüş maşınları;

- "M109A6 Paladin" özüyeriyən artelleriya qurğuları;

- "HIMARS" təkərli şassi üzərində reaktiv yaylım atəş sistemləri;

- "MLRS M270 MLRS" universal raket-komanda qurğuları;

- "NASAMS 2" - Norveç istehsalı olan hava hücumundan müdafiə sistemi;

- "Patriot" Hava Hücumundan Müdafiə sistemləri;

- "F-16 C/D" 4-cü nəsil çoxfunksiyalı yüngül qırıcılar.

Onu da əlavə edək ki, ABŞ konqresində çoxluq təşkil edən demokratlar ilkin mərhələdə 33 milyard dollar həcmində nəzərdə tutulan vəsaitin 40 milyarda çatdırılması təklifi ilə Baydenə müraciət ediblər. Əksər ekspertlərin qənaətinə görə, böyük Conun bu məsələdə senatorların təklifinə müsbət yanaşacağı ehtimalı böyükdür.

Milli.Az