İranda dəfn mərasimində nazirin telefonu oğurlanıb

10 May 2022 19:06

İranın gənclər və idman naziri Həmid Səccadinin mobil telefonu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İran KİV-i məlumat verib.

Məlumata görə, hadisə 1 may tarixində Tehranda iranlı kinorejissor, prodüser Nadir Talıbzadənin dəfn mərasimində baş verib.

Hələlik İranın İdman və Gənclər Nazirliyi bu hadisəyə münasibət bildirməyib.

Milli.Az