“Azəriqaz”: 100-ə yaxın obyektdə pozuntular aşkarlanıb

10 May 2022 11:36

"İctimai iaşə obyektlərində qaz balonları və digər qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər sistemlərin vəziyyəti ilə bağlı yoxlamalar davam etdirilir".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

O qeyd edib ki, bu günə kimi 100-ə yaxın ictimai iaşə obyektində pozuntular aşkarlanıb.

"FHN, "Azəriqaz" və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq yoxlamalar aparılacaq", - Ruslan Əliyev vurğulayıb.

Milli.Az