Azərbaycanda Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində çalışan həkim və tibb işçilərinin əməkhaqları artırılacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.
O bildirib ki, bununla bağlı mexanizm hazırlanır: "Bu mexanizm hazır olandan sonra artım barədə ictimaiyyətə ətraflı məlumat veriləcək", - nazir bildirib.
Milli.Az