TikTok-da Rəşad Dağlıya qarşı dələduzluq

10 May 2022 13:24

Məşhur meyxanaçı Rəşad Dağlının (Əmirov) adından saxta TikTok hesabları açılıb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, instaqram hesabında məlumat yayıb.  R. Dağlı qeyd edib ki, naməlum şəxslər onun adından profillər açaraq pul qazanıb:

"Salam əziz izləyicilərim. Adımızdan bir neçə TikTok səhifəsi açılıb. Bəziləri fan səhifə olsa da, bəziləri canlı yayım açıb, şəkilimdən istifadə edib izləyiciləri aldadırlar. Mənim TikTok profilim yoxdur. Belə saxta profillərə aldanmayın".

Milli.Az