Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun iclası keçiriləcək

10 May 2022 11:00

Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun növbəti iclası keçiriləcək.

Bunu APA-ya açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, iclas bu ay Tehranda keçiriləcək.

"May ayında Tehranda Xəzərin statusu ilə bağlı işçi qrupun yüksək səviyyəli görüşü olacaq", - nazir müavini vurğulayıb.

Milli.Az