Aİ Ukrayna üçün 600 milyon avro ayrılmasını təsdiqlədi

10 May 2022 21:09

Avropa İttifaqı (Aİ) Ukraynaya təcili maliyyə ehtiyacları üçün 600 milyon avro ayrılmasını təsdiqləyib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" adının açıqlanmasını istəməyən Aİ nümayəndələrinə istinadən məlumat yayıb.

Sözügedən məbləğ bu ilin əvvəlində qəbul edilən 1,2 milyard avroluq təcili Aİ yardım paketinin bir hissəsidir.

Rəsmilərdən biri bildirib ki, Avropa Komissiyasının sabah prosesi başa çatdıracağı və vəsaitin yaxın günlərdə köçürülə biləcəyi gözlənilir.

Qeyd edək ki, martın əvvəlində Avropa İttifaqı Ukrayna ilə 1,2 milyard avroluq makro-maliyyə yardımının verilməsinə dair memorandum imzalayıb. Bu, rusların Ukrayna torpaqlarından çıxarılması üçün Kiyevin iqtisadi potensialının gücləndirməsi məqsədi daşıyır. Martın 11-də Avropa Komissiyası Ukraynaya 300 milyon avro ödəyib.

Milli.Az