Putinin müharibədən çıxmaq imkanı yoxdur - Bayden

10 May 2022 11:24

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə müharibədən çıxmaq imkanı yoxdur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

"Putin çox ehtiyatlıdır. Hazırda onun çıxış yolu yoxdur. Putin Ukraynaya müdaxilənin NATO və AB-ni parçalayacağını düşünərkən səhv edib. Əksinə, ABŞ və müttəfiqləri birləşərək Ukraynaya köməyə gəldilər", - Bayden bildirib.

Milli.Az