Məşhur rəqqasə: “Məni valeh etdilər”

10 May 2022 16:12

"Oğlanların rəqsini xüsusilə bəyəndim. Məni valeh etdilər".

Milli.Az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Xalq artisti, "Şərəf" və "Şöhrət" ordenli rəqqasə Roza Cəlilova Azərbaycan Dövlət Rəqs Ansamblının xeyriyyə konsertində deyib.

"Rüfətin (Ansamblın bədii rəhbəri, Xalq artisti Rüfət Xəlilzadə - red.) əziyyəti sayəsində rəqs ansamblı çox yüksək səviyyədədir. Oğlanların rəqsini izləyəndə sanki Rüfəti gördüm. O, gənc vaxtı gəldi, rəqs etdi, indi də bədii rəhbərdir. Mən çox sevinirəm ki, kollektivin rəhbəri odur. Rəqqas, rəqqasənin bədii rəhbər olması çox nadir hallarda olur. Rüfət çox gözəl rəqs edib, çox gözəl rəqslər qurur, çox da gözəl kollektivi var. Onunla fəxr edirəm. Mən hər adama bu sözü demirəm", - deyə o bildirib.

Qeyd edək ki, 9 may 2022-ci il tarixində Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının xeyriyyə konserti keçirilib.

Konsertin açılış rəqsi Xalq artisti Rüfət Xəlilzadənin bədii rəhbəri olduğu Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında "Mənim Azərbaycanım" süitası olub.

Konsertdən əldə olunacaq gəlir şəhid ailələri və müharibə əlillərinin təminatı üçün "YAŞAT" Fonduna ianə ediləcək.

Milli.Az