Bu səndəlin qiyməti 1000 dollardır - FOTO

10 May 2022 20:06

Fransanın "Dior" moda evi yeni səndəl modelini təqdim edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ayaqqabılar yüksək texnologiyalı materiallardan istifadə edilərək hazırlanıb və dağ gəzintisi üçün nəzərdə tutulub.

Qara və bej rənglərində təqdim olunan səndəllər brendin loqosu ilə zəngin şəkildə bəzədilib; loqonu ultra yüngül altlığın daxili və xarici hissəsində, həmçinin ayaqqabının plastik kəmərində görmək olar.

Səndəlin 1000 dollar dəyərində olduğu bildirilir.

Milli.Az