Şri-Lankada baş nazirin iqamətgahı yandırıldı - VİDEO

10 May 2022 13:48

Şri-Lankanın Kuruneqala şəhərində ölkənin baş naziri Mahinda Rajapaksanın iqamətgahı yandırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, bu, mayın 9-da, baş nazirin istefa ərizəsini prezident Qotabay Rajapaksa təqdim etdikdən sonra baş verib.

Bundan əlavə, hökumət əleyhinə nümayişçilər Moratuva merinin və bir neçə deputatın iqamətgahlarını da yandırıblar.

Qeyd edək ki, Şri-Lankanın baş naziri ərzaq çatışmazlığı səbəbindən kütləvi etirazlar fonunda istefa verib. Etirazçılar yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Milli.Az