Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xətai rayonu, 8 noyabr prospektində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Rəhimli Ləman Şəfi qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.
Milli.Az